Hadisə
11:44, 11 Haziran 2019
101
0

Xəzərdə neft tankeri partladı: Ölən və yaralılar var

Xəzərdə neft tankeri partladı: Ölən və yaralılar var

Mahaçqalada dəniz ticarəti limanında tankerlərdən birində güclü partlayış baş verib.

Unikal.org RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə zamanı 3 nəfər ölüb.

Səhər saat 4 radələrində baş vermiş insident nəticəsində 2 nəfərin xəsarət aldığı, daha 3 nəfərin itkin düşdüyü bildirilir. Son məlumata görə, itkin düşənlərdən 3-nün də meyiti tapılıb.

Partlayışdan sonra tankerdə yanğın başlayıb.

Partlayışın hansı səbəbdən baş verməsi hələ dəqiq məlum deyil.

Hazırda tankerdə qəzadan sonra neft məhsullarının axması halının olmadığı qeyd edilir.
Digər xəbərlər: