Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Biləcəri qəsəbəsində əri 22 yaşlı Əmiraslanova Sevil Vidadi qızına bıçaqla xəsarət yetirib.
Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.