Hadisə
Bakıda sahə rəisinin qətlinin səbəbi - TƏFƏRRÜAT
Şənbə günü Bakı şəhəri Xətai rayonunda "Abşeron Zeytun” MMC-nin sahə rəisi, 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlunun döyülərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
dahilider.az publika.az-a istinadən xəbər verir ki, hadisəni törədən şəxs artıq Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, bu gün məhkəmə qarşısına çıxarılacaq və istintaq müddəti üçün barəsində qətimkan tədbiri seçiləcək.
Hadisənin səbəbinə gəlincə, ilkin araşdırmalar zamanı məlum olub ki, B.Piriyev və qardaşı oğlu Zığ qəsəbəsi ətrafındakı zeytun bağlarına nəzarət edib və ərazidən yığılan zeytunu zavoda təhvil verirmiş. Onlar Zığ şosesində yerləşən Zeytun bağlarında tanımadıqları şəxslərin ağaclardan zeytun topladığını görərək müdaxilə ediblər və bu zaman dava-dalaş düşüb. B.Piriyev ağır kəllə-beyin travması alaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. O, müayinə edilən zaman qəfil keçinib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Daha çox xəbər:
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Bakıda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs HƏBS EDİLDİ
Bakıda ad günündən qayıdan ailə yol qəzasına düşüb, 3 yaralı var -
Bakıda öldürülən "Emil 444"ün qətlinin TƏFƏRRÜATI məlum oldu - VİDEO
Bakıda üzərində silah və narkotik gəzdirən şəxs həbs olunub