Hadisə
14:54, 08 Ocak 2020
109
0

Xaçmazda narkotik satan şəxs tutuldu

Xaçmazda narkotik satan şəxs tutuldu
Xaçmazda narkotik vasitələrin dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon sakini Çingiz Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı Ç.Məmmədov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Digər xəbərlər: