Hadisə
Qadın mənzildən 53 min manatlıq oğurluq edib
Bakıda mənzildən 53 min manatlıq oğurluq olub.
Hadisə paytaxtın Xətai rayonu R.Quliyev küçəsi ev 8-də qeydə alınıb.
Bakı şəhər sakini Rəna Məmmədovaya məxsus mənzilə daxil olan naməlum şəxs evdən 500 dollar, 60000 rubl, 200 manat və 50000 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Qadına ümumilikdə 53 min manat ziyan dəyib.
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.3-cü ( oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Solmaz Alıyeva şübhəli şəxs qismində saxlanılıb.(apa)