Hadisə
Şabranda 26 yaşlı oğlan bıçaqlanıb
Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Şabran rayon sakini, 1994-cü il təvəllüdlü Məhsimov Həkim Elşən oğlu müxtəlif bıçaq xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.
Hadisəni törətməkdə şübhəli bilinən Şabran rayonu sakini, 1992-ci il təvəllüdlü Həmidov Məmmədşah Rasim oğlu saxlanılıb.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.(apa)