Hadisə
Qax xəstəxanasında ölüm hadisəsi baş verib
Qax rayon xəstəxanasında 59 yaşlı kişi vəfat edib.
“Report”un xəbərinə görə, hadisə martın 17-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, Laçın rayonu Kürdhacı kəndində anadan olmuş, Qax rayonu Tanqıt kəndində yaşayan, 1961-ci il təvəllüdlü Tofiq Cəbrayılovun səhhəti pisləşdiyi üçün martın 16-da xəstəxanaya yerləşdirilib və bir gün sonra orada ölüb.
Məlumata görə, T.Cəbrayılov uzun illər ürək çatışmazlığından əziyyət çəkib. O, kəskin ürək çatışmazlığı diaqnozu ilə vəfat edib.
Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır.