Hadisə
12:43, 15 Nisan 2020

Azərbaycanda faciə: İki bacı öldü

Azərbaycanda faciə: İki bacı öldü
Bakıda iki bacı dəm qazından boğularaq ölüb.

dahilider.az-un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə Prospektində yerləşən 34 nömrəli binanın 4 nömrəli mənzilində qeydə alınıb.

Həmin mənzildə kirayə yaşayan 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və onun bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüblər.

Araşdırmalar zamanı məlum olub ki, bacılar Qax rayonundan gələrək Bakıda yerləşən şirkətlərin birində reklam agenti işləyiblər. Faktla bağlı araşdırma aparılır.APA
Digər xəbərlər: