Hadisə
Müəllim direktoru məhkəməyə verdi – Qalmaqal
Bərdə rayonunun Qaratəpə kənd orta məktəbinin keçmiş dil- ədəbiyyat müəllimi həmin məktəbin direktoru və rayon təhsil şöbəsini məhkəməyə verib.
“Yeni Sabahın” məlumatına görə, iddiaçı qismində olan Abbasova Ayişə Allahverən qızının kassasiya şiakyəti baxılması üçün Ali Məhkəməyə göndərilib.
Cavabdeh qismində olan Qaratəpə kənd orta məktəbinin direktoru Əliyeva Nəzakət Abış qızı “Yeni Sabah” şikayətçi ilə bağlı müəyyən faktları açıqlayıb: “1988-ci il təvəllüdlü Ayişə Abbasova 2015-ci ildə 8 il saxta diplomla işlədiyi üçün Baş prokurorluğun Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlama nəticəsində işdən azad olunub. Onunla yanaşı, Bərdə rayonundan ümumilikdə saxta diplomla işləyən 15 müəllim işdən azad olunub. Biz elə bilirdik ki, Ayişə Qazax Müəllimlər İnistitutunu bitirib. Sonra məlum oldu ki, diplomu saxtadı. Ondan sonra bizdən Bərdə Rayon Məhkəməsinə şikayət verdi. Məhkəmə qanunsuz olaraq onun xeyrinə qətnamə çıxardı. Sonra biz Gəncə Apellyasiya Məhkəməsinə apellyasya şikayəti verdik və sübut etdi ki, Ayişə Abbasova saxta diplomla işlədiyi üçün işdən azad olunub, 1-ci instansiya məhkəməsinin qərarı ləğv olundu. Hazırda isə iş Ali Məhkəmədədir”.
Sonda onu da öyrəndik ki, məktəb direktoru ilə işdən çıxarılan müəllim həm də yaxın qohumdular.
Daha çox xəbər: