Hadisə
Şüşəni sındırıb noutbuk və 2 telefon oğurladı
Yasamalda mağazadan noutbuk və mobil telefon oğurlanıb.
DİN Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən İsmayıllı rayon sakini T.Alıyev aprelin 23-nə keçən gecə M.Həsənov küçəsindəki mağazasından şüşə sındırılmaqla 1 ədəd noutbuk və 2 ədəd mobil telefonun oğurlandığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fəxri Heybətov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.