Hadisə
Masallıda ata və oğulu güllələyən şəxs tutuldu
İyulun 29-u saat 13 radələrində Masallı rayonu, Əhmədli kənd sakinləri Vüqar İsmayılov və atası Valeh İsmayılovun odlu silahdan atəş açılması nəticəsində xəsarətlər almalarına dair məlumat daxil olub.
Bu barədə Anews.az-a Masallı rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla Əhmədli kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərovun özünə məxsus tək lüləli tüfənglə qonşuları Vüqar İsmayılov və Valeh İsmayılova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atəş açaraq xəsarətlər yetirməsi və bununla da, onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hafiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Daha çox xəbər:
Azərbaycanda dəhşətli qətl: Qonşusunu bıçaqlayıb öldürdü
Ağcabədidə intihar edən qadının əri tutuldu - RƏSMİ
16 yaşlı gəlinin qətli ilə bağlı yeni faktlar: “Ərinin öldürməsinə inanmırıq, qayınatası isə...” - VİDEO
Bakıda vəzifəli şəxsi avtomobil vurub öldürdü - RƏSMİ
DİN Ağdamda baş verən güllələnmə faktı ilə bağlı məlumat yayıb