Hadisə
10:31, 22 Şubat 2021
174
0

Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın

Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın
Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuatxidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərlər: