Hadisə
Evdən çıxdı qayıtmadı
Gəncədə 21 yaşlı qız itkin düşüb.
BEŞ.AZ Trend-ə istinadən bildirir ki, bu barədə polisə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan Adıgözəlova Ülviyyə Ramazan qızı məlumat verib.
Müraciətdə bildirilib ki, aprelin 26-da qızı, Gəncə şəhəri, Balçılı kəndində yaşayan, 1998-ci il təvəllüdlü Adıgözəlova Gülnar Arzuman qızı yaşadığı evdən heç kimə heç nə demədən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalara başlanıb.