Hadisə
Bakı metrosunda oğlan qıza TƏCAVÜZ ETDİ - Qızın ürəyi getdi
Dünən axşam 18:30 radələrində paytaxtın "İçərişəhər" metrostansiyasından "Hərzi Aslanov" istiqamətində hərəkətdə olan qatarda iyrənc olay baş verib.
BEŞ.AZ xəbər verir ki, metrodakı sıxlıqdan istifadə edən 28-30 yaşlarında şəxs təxminən 20-21 yaşlarında olan qıza təcavüz edib.
Tələbə qız "Koroğlu"ya çatan qatarın qapıları açılanda "Get anana, bacına o hərəkəti elə" sözlərini yüksək səslə qışqırıb. "Manyak" qızın reaksiyasından dərhal sonra qatarın dayanmağından istifadə edərək, metronu tərk edib. Sinirdən əsən qızın ürəyi gedib. Digər sərnişinlər qızın dilinin qatlanmasının qarşısını almaq üçün xeyli əziyyət çəkiblər. Hadisə yerinə polis əməkdaşları gəlib. Sərnişinlərin və polislərin köməyi ilə qız platformadan çıxarılıb.
Hadisə şahidi olan qadınların BEŞ.AZ verdikləri məlumata görə, olayın şahidi olan bəzi kişiər buna heç bir reaksiya verməyiblər.
Daha çox xəbər: