Hadisə
Daha bir məmur yol qəzasında ÖLDÜ
Bu gün səhər saat 5 radələrində Ələt-Astara avtomobil yolunun 90-cı km-də qəzaya uğrayan "Hundai-Tucson"un sürücüsünün məmur olduğu məlum olub.
Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, idarəetməni itirərək aşan maşının hadisə yerində dünyasını dəyişən sürücüsü, 47 yaşlı Məmməd Vəkil oğlu Məmmədov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Ərazi İdarəsində ümumi şöbənin müdiri işləyirmiş.
Xatırladaq ki, qəzada onun sərnişini də dünyasını dəyişib. Avtomobildəkilərin Salyana balıq ovuna getdikləri deyilir.
Daha çox xəbər: