Hadisə
11:12, 06 May 2019

Sürüyə hücum edən çaqqal çobanı da yaraladı

Sürüyə hücum edən çaqqal çobanı da yaraladı



Ağsuda vəhşi heyvanlar kəndə hücum edib.

“BEŞ.AZ” xəbər verir ki, hadisə axşam saatlarında rayonun İlxıçı kəndində baş verib. Kənd sakini, 64 yaşlı Xəlilov Tarif Tağı oğlu örüş sahəsində heyvanları otaran zaman vəhşi heyvanlar sürüyə hücum edib.

Tarif Xəlilov vəhşi heyvanı sürüdən qovmaq istəyəndə çaqqal ona cumaraq xəsarət yetirib. Yaralı Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub.
Digər xəbərlər: