Hadisə
Xəzər dənizində baş verən qəza ilə bağlı - RƏSMİ AÇIQLAMA
Xəzər dənizində borudüzən gəmisində baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb.
Beş.az məlumatına görə, bu barədə Trend-ə "Saipem" şirkətindən bildiriblər.
Şirkət qeyd edib: "Mayın 8-də, təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal hazırda "Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılması işləri aparılır".
"Saipem" həmçinin bildirib ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir: "Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır".
Şirkətdən verilən məlumata əsasən, gəmidə baş verən yanğın söndürülüb.
Daha çox xəbər:
Xəzərdə gəmidə partlayış olub - Yaralılar var - RƏSMİ AÇIQLAMA
Sabunçuda zibilxanada baş verən yanğın mağazaya da keçdi
Moskvada təyyarə tamamilə yandı, 41 ÖLÜ - VİDEO - FOTO
Azərbaycanda binada yanğın: 20 nəfər təxliyə edildi
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər