Hadisə
Bakıda DƏHŞƏT: Sürücü avtomobili piyadalara çırpdı - ÖLƏN VAR (VİDEO)

Binəqədi rayonu ərazisində avtomobil 3 piyadanı vurub.
BAKU.WS ONA-ya istinadən xəbərinə görə, hadisə DYP-nin Ekoloji Nəzarət postunun yaxınlığında qeydə alınıb.
Belə ki, Elyar Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə 3 piyadanı vurub.
Yaralılardan vəziyyəti ağır olan Rüfət Çobanov isə YPX müfəttişləri tərəfindən Respublika Klinik Xəstəxanasına çatdırılıb.
Xəsarətləri ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyib.
Onun qardaşı Rufan Çobanov və əmisi oğlu Əfqan Eldarov isə nisbətən yüngül xəsarət alıb. Hər iki şəxs 1 saylı Xəstəxanaya aparılıb.
Daha çox xəbər:

Bakıda dəhşətli yol qəzası: “Range Rover”lə piyadanı vurub yolun ortasına atdı

Ata maşını ilə öz övladını vurub öldürdü - Azərbaycanda DƏHŞƏT

Toydan qayıdan piyadanı vurub öldürdü, güzgüsü ilə tapıldı

Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi

Azərbaycanda AĞIR QƏZA: Ölən var