Hadisə
23:03, 09 May 2019
65
0

Gəncədə yol çökdü,“Shacman” çuxura düşdü

Gəncədə yol çökdü,“Shacman” çuxura düşdü



Gəncə şəhərinin Nəriman Nərimanov prospektində kanalizasiya sisteminin yenidən qurulması işləri görülən zaman yol çöküb.

Beş.az oxu.az-a istinadən bildirir ki, "Shacman" markalı yük maşını yolun çökməsi nəticəsində yaranmış çuxura düşüb. Yük maşınının sürücüsü, 1987-ci il təvəllüdlü Heydərov Xaliq Süleyman oğlu xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır olaraq qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: