Hadisə
13:12, 11 May 2019
169
0

Azərbaycanda dəhşətli yanğın- 5 otaqlı ev külə döndü

Azərbaycanda dəhşətli yanğın- 5 otaqlı ev külə döndü




Yevlaxda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BEŞ.AZ-a bildiriblər ki, hadisə rayonun Balçılı kəndində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evdə qeydə alınıb. Nəticədə ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Digər xəbərlər: