Hadisə
18:26, 13 May 2019

Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO

Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO



Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BEŞ.AZ ONA-ya istinadla xəbər verir ki, Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan şəxslər ağır bədən xəsarətləri alıblar.

Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri kişi, ikisi qadındır. Xəsarət alan şəxslərin vəziyyətləri orta-ağırdır. Hər 3 şəxs Kliniki Tibbi Mərkəzə gətirilib.

Bakıda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Qəza nəticəsində 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Digər xəbərlər: