Hadisə
4 yaşlı uşaq özünü 8-ci mərtəbədən atdı, SAĞ QALDI - MÖCÜZƏVİ HADİSƏ
Tbilisinin Qldani rayonunda 4 yaşlı uşaq "hörümçək adam" kostyumunda 8-ci mərtəbədən özünü yerə atıb.
Beş.az "Report"a istinadən xəbər verir ki, hadisə mayın 8-də qeydə alınıb.
Azyaşlı çox sayda xəsarətlərlə İaşvili adına Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Uşağın bu gün xəstəxanadan evə buraxılacağı gözlənilir.
İnsidentlə bağlı istintaq aparılır.