İdman
Boks üzrə Azərbaycan millisinin baş məşqçisi istefa verdi
Boks üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Vaqif Şirinov istefa verib.
Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, ABF rəhbərliyinin iştirakı ilə baş tutan iclasda mütəxəssisin istefa ərizəsi müzakirə olunub. Səhhəti ilə bağlı milli komandadan ayrılmaq istədiyini bildirən V.Şirinovun istəyi müsbət dəyərləndirilib. Federasiya rəhbərliyi istefa ərizəsi qəbul olunan mütəxəssisə yığmalardakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Artıq yeni baş məşqçi ilə danışıqlara start verilib. Yaxın günlərdə millini çalışdıracaq mütəxəssisin adı açıqlanacaq.
Qeyd edək ki, V. Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək 2 il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.
Daha çox xəbər:
Braziliyalı məşqçi: "Azərbaycan Gimnastika Federasiyası öz işini əla görür"
Bədii Gimnastika üzrə 35-ci Avropa Çempionatı
Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi açıqlandı
Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib