İdman
Müslüm Maqomayevin mahnısının sədaları altında çıxış edən koreyalı gimnast bakılıları heyrətləndirdi
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü davam edir.
BEŞ.Az Trend-ə istinadən bildirir ki, bu gün gimnastlar fərdi proqramda gürz və lentlə, qrup proqramnda üç halqa və iki lentlə hərəkətlərdə çıxış edir.
Yarışların ikinci gününün davam etməsinə baxmayaraq, artıq gimnastların parlaq çıxışları günə öz damğasını vurub. Bu çıxışlardan biri koreyalı gimnastı Kim Çeyvunun çıxışı olub. 18 yaşlı gimnast Müslüm Maqomayevin "Синяя вечность" (Mavi əbədiyyət) mahnısının müşayiəti ilə çıxış edərək tamaşaçıları sevindirib.
Kim Çeyvunun çıxışını təqdim edirik: