İdman
19:16, 24 Nisan 2020

Azərbaycanlı atletin iştirakı gözlənilən Avropa çempionatı ləğv edildi

Azərbaycanlı atletin iştirakı gözlənilən Avropa çempionatı ləğv edildi
2020-ci ildə Fransanın paytaxtı Parisdə keçirilməsi nəzərdə tutulan Atletika üzrə Avropa çempionatı COVID-19 pandemiyası səbəbindən ləğv olunub.

Avropa Atletikasının rəsmi saytı xəbər verir ki, bu barədə Təşkilat Komitəsi və Fransa Atletika Federasiyası birgə qərar qəbul edib.

“Əsas insanların sağlamlığıdır. Biz hesab etdik ki, yarışların təxirə salınması daha doğru qərardır”, - deyə Fransa Yüngül Atletika Federasiyasının prezidenti Andre Jiro bildirib.

Qeyd edək ki, avqust ayında Fransanın paytaxtı Parisdə keçirilməsi nəzərdə tutulan Avropa çempionatında azərbaycanlı yüngül atlet, sprint məsafələrinə qaçışda dünya və Avropa çempionu Ramil Quliyevin də iştirakı gözlənilirdi. O, yarışlara Türkiyənin Antalya şəhərində hazırlaşırdı.
Digər xəbərlər: