İdman
“Formula 1”də dördüncü yarış ləğv olundu
1-3 may tarixində keçirilməli olan, lakin təxirə salınmış “Formula 1” üzə Niderland Qran-Prisi ləğv olunub.
Oxu.Az “Formula 1”in rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, Niderland tərəfi yarışın bu il keçirilməyəcəyini təsdiqləyib.
Qeyd edək ki, “Formula 1”də 2020-ci il mövsümünün startı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl “Formula 1” rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-Prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Onu da bildirək ki, Bakıdakı yarışın bu ilin sentyabrın 20-də keçirilməsi gözlənilir.
Daha çox xəbər:
Formula 1 Azərbaycan Qran Prisi: İkinci yarış gününün proqramı
Azərbaycan Qran-prisinin yeni tarixi açıqlanıb - SİYAHI
Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır
Prezident İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıb
“Formula 1”də qəzanın günahkarı bilindi - Dəymiş ziyanı onlar ödəyəcək (VİDEO)