İdman
“Atletiko” və “Valensiya” büdrəyib, “Betis” lider olub
İspaniya La Liqasında V tur start götürüb.
Apasport.az saytının məlumatına görə, açılış günündə 5 oyun olub.
Turun maraq doğuran matçlarından biri Madriddə baş tutub. Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Vilyarreal” “Vanda Metropolitano”da “Atletiko” ilə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə nəticələnib.
Liderlər qrupunda qərarlaşan “Xetafe” səfərdə “Real Sosyedad”a böyük hesabla yenilib.
“Valensiya” – “Betis” duelində isə qonaqlar üstün tərəf olublar. Hər hissədə vurduğu 1 qolla səfərdən qalib dönən “Betis” ən azı bir günlük də olsa turnir cədvəlinin zirvəsinə yüksəlib.
Turun digər matçları oktyabrın 4-də keçiriləcək.
İspaniya La Liqası
V tur
3 oktyabr
“Valyadolid” – “Eybar” – 1:2
Toni, 37 – Burqos, 29 (pen.), Rodriges, 90
“Atletiko” – “Vilyarreal” – 0:0
“Elçe” – “Ueska” – 0:0
“Real Sosyedad” – “Xetafe” – 3:0
Oyarzabal, 28 (pen.), Merino, 79, Portu, 81
“Valensiya” – “Betis” – 0:2
Kanales, 19, Telyo, 74