İdman
Azərbaycan millisinin bu gün oynayacağı rəqibdə üç futbolçu koronavirusa yoluxdu
21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsində bu gün yığmamızla qarşılaşacaq İsveçrə millisində koronavirusa növbəti yoluxma halları aşkarlanıb.
İsveçrə Futbol Assosiasiyasının saytı xəbər verir ki, daha üç futbolçunun testi müsbət çıxıb.
Bu barədə İsveçrə U-21-nin baş məşqçisi Mauro Lustrinelli məlumat verib.
O bildirib ki, Jeremi Qilemeno, Yasper van der Verf və Dan Ndoy koronavirusa yoluxub. Hər üç oyunçu karantinə alınıb və qarşıdakı iki matçda komandaya kömək edə bilməyəcək.
Əvəzində isə daha əvvəl koronavirusa yoluxmuş Noy Okafor sıraya dönüb.
Qeyd edək ki, bu gün Tun şəhərindəki eyniadlı arenada baş tutacaq İsveçrə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. İsveçrə bu qrupun lideridir. Azərbaycan isə 6 xalla beşincidir. Bu, İsveçrədən fərqli olaraq, millimizin seçmə mərhələdə sonuncu oyunudur.