İdman
12:22, 04 Ocak 2021
190
0

“Şah”dan Teymurun qələbəsinə reaksiya

“Şah”dan Teymurun qələbəsinə reaksiya
"Bu il bizim ilimizdir. Təbriklər, Teymur, təbriklər, qardaş! Uğurlarının davamı gəlsin".

Fanat.Az xəbər verir ki, bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov onlayn blits şahmat üzrə "Airthings Masters” turnirinin qalibi olan Teymur Rəcəbovun çempionluğuna fikir bildirərkən deyib.

"Şah” ləqəbli şahmatçı feysbuk hesabında bildirib: "2021-ci ilin Azərbaycan şahmatı üçün uğurlu olduğunu deməyimizə 3 gün bəs elədi. Teymur turniri möhtəşəm keçirdi, hamını birnəfəsə məğlub etdi. Bir daha səninlə qürur duydum, Tima. Ardı gəlsin”.
Digər xəbərlər: