İdman
22:35, 21 Ocak 2021
194
0

Müharibədən qayıdan hakim oyuna alqışlarla daxil oldu - VİDEO

Müharibədən qayıdan hakim oyuna alqışlarla daxil oldu - VİDEO
Azərbaycan Premyer Liqasının XIV turuna start verilib.

Oxu.Az xəbər verir ki, “Səbail” – “Neftçi” oyunundan əvvəl maraqlı hadisə yaşanıb.

Hər iki komandanın futbolçuları və hakimlər meydanda dəhliz yaradıblar. Vətən müharibəsinin iştirakçısı olmuş görüşün baş hakimi Kamal Umudlu alqışların müşayiəti ilə həmin dəhlizdən keçib. Daha sonra dövlət himni səslənib.



Qeyd edək ki, bu turdan etibarən Azərbaycan Premyer Liqasında oyunlardan əvvəl dövlət himni səsləndirilir.
Digər xəbərlər: