İdman
19:42, 29 Ekim 2021
9
0

Azərbaycanda baş məşqçi qeyri-etik ifadələr işlətdi, klub cərimələndi

Azərbaycanda baş məşqçi qeyri-etik ifadələr işlətdi, klub cərimələndi


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Premyer Liqanın VIII turunun “Sabah” – “Sumqayıt” oyununda qonaq klubun futbolçusu Murad Xaçayev “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalandırılıb.

Klub 4 min manat cərimə olunub. Oyunun mətbuat konfransı zamanı “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün klub daha 1600 manat cərimələnib.

Qeyd edək ki, bu görüşdə autsayder olan “Sabah” 3:0 qalib gələrək ilk qələbəsini əldə edib.
Digər xəbərlər: