İqtisadiyyat
12:14, 19 Aralık 2019

"Yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar" - Açıqlama

"Yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar" - Açıqlama
Son günlər CESD-ə pensiya məbləğlərinin necə indeksasiya olunacağı ilə bağlı daha çox sualları ünvanlanır. Qeyd edək ki, hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasyası həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov pensiya artımları ilə bağlı sualları cavablandırarkən söyləyib.

V.Bayramovun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əmək haqqıdakı artımlara, pensiya kapitalı isə infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur: "Bu o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşlarımız yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq".

İqtisadçı bildirib ki, hələlik, pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib: "Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir. Gözlənilir ki, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq.

Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artıb".
Digər xəbərlər: