İqtisadiyyat
Nur-Sultan-Bakı aviareysi koronavirusa görə ləğv olunur
Martın 5-dən etibarən Qazaxıstandan koronavirus infeksiyasının (COVID-19) yayıldığı ölkələrə uçuşların sayı azaldılacaq.
"Tengrinews" verdiyi məlumata görə, bunu Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf nazirinin müavini Berik Kamaliyev deyib.
"Martın 5-dən etibarən Nur-Sultan-Bakı istiqamətində uçuşlar ləğv ediləcək. Almatı-Bakı və Aktau-Bakı istiqaməti üzrə uçuşlar həftədə bir dəfəyədək endiriləcək. Nur-Sultan-Tokio aviareysi üzrə uçuşların sayı da bir dəfəyədək azaldılacaq", - nazir müavini bildirib.
B.Kamaliyev qeyd edib ki, martın 1-dən bu reyslərə bilet alan sərnişinlər biletləri aldıqları yerdə tam və heç bir pul tutulmadan qaytara bilərlər.
Xatırladaq ki, bundan öncə Qazaxıstanın "SCAT Airlines" şirkəti Aktaudan Bakıya hər gün, "Air Astana" aviaşirkəti isə Nur-Sultandan və Almatıdan Bakıya həftədə iki dəfə uçuşlar yerinə yetirirdi.
"Air Astana" aviaşirkətindən "APA-Economics"ə bildirilib ki, Nur-Sultan-Bakı aviareysinin nə vaxt bərpa olunacağı hələ məlum deyil.
Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar olaraq Qazaxıstan İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Hökumət 480 Qazaxıstan vətəndaşını Çindən təxliyə edib.
Daha çox xəbər:
Bu şəhərlərə uçuşlar dayandırıldı - Baş nazirdən koronavirus tədbirləri
“Biz müğənnilər örnək ola bilmərik” - Səidə Sultan - VİDEO
Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb
Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama
Bakıya elektriklə işləyən "London taksisi" gətirilib - Foto, Video