İqtisadiyyat
16:39, 05 Mart 2020

Təşvişə düşən əmanətçilərlə bağlı açıqlama

Təşvişə düşən əmanətçilərlə bağlı açıqlama
“Martın 4-dən etibarən hansısa bank bağlansa, yəni lisenziyası ləğv olunsa və ya müflis elan olunsa, bu halda hər bir fiziki şəxsə bir bankda əmanəti üzrə müəyyən olunmuş milli valyutada 10 faiz, xarici valyutada 2,5 faiz həddindən yuxarı deyilsə, ona 30 min manat kompensasiya ödəniləcək”.
Bunu Bizimyol.info-ya bank üzrə ekspert Əkrəm Həsənov 4 mart 2020-ci il tarixində "Əmanətlərin Tam Sığortalanması" haqqında qanunun müddətinin bitməsinə münasibət bildirərkən deyib.

Ekspert xatırladıb ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minmiş və müddət 2019-cu ildə yenidən 1 il uzadılmışdı: “Bu dəfə “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti bu dəfə uzadılmadı. Ona görə də artıq həmin qanun qüvvədə deyil. Hazırda 2006-cı ildə qəbul edilmiş “Əmanətlərin sığortalanması haqqında” qanun yenidən qüvvəyə minib.

Bağlanmış bankların təcrübəsi göstərir ki, kompensasiya edilməyən məbləğdən başqa əmanətlərin cüzi hissəsinin adətən qaytarılma ehtimalı olur. Bağlanmış bankarl elə müflislik həddinə çatdırılıblar ki, orada pul yoxdur. İkinci tərəfdən də ləğv edilən bankarın ləğv edicisi olan Əmanətlərin Sığortalanması Fondu bu prosesi o qədər qanunsuz və qeyri-şəffaf aparır ki oradan kiməsə hansısa məbləğin çatma ehtimalı çox azdır.

Bəzi əmanətçilər elə bilir ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvədə olduğu müddətdə əmanət qoyduğu üçün əmanəti tam sırğortlanıb. Xeyir, hazırda müəyyən olnmuş faiz həddini keçən əmanətlər tam sığortlanmayıb.

Əmanətçilərə tövsiyyəm odur ki, bir nəfərin adına bankda 30 min manatdan çox pul saxlamasınlar. Bir bankda pulları çoxdursa, əmanətləri qohum ailə üzvlərinin adlarına əmanət saxlasınlar. Ya da pullarını bir neçə banka 30 min manat həddində qoysunlar.

Əmanətlərin Sığortlanması Fondu o qədər bərbad işləyir ki, 30 mindən çox qoyulan əmanətin əmanətçiyə qayıtma ehtimalı çox azdır. Fond bankın verdiyi kreditləri qaytarmalıdır, bankın əmlakını hərracda yüksək qiymətə satmalıdır ki əmanətləri tam qaytara bilsin. Amma bütün bu prosesi fond qeyri şəffaf aparır”.
Digər xəbərlər: