İqtisadiyyat
Dollara tələb sürətlə azalır - SON RƏQƏMLƏR
Bu gün – 9 aprel tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 55 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Yeniavaz.com xəbər verir ki, bu gün hərracda satılan valyuta əvvəlki – 7 aprel 2020-ci il tarixində keçirilən hərracda satılan valyutadan 12,2 milyon dollar və ya 18% az olub.
Onu da bildirək ki, mart ayının 10-da valyuta satışı bu il ərzində ən yüksək səviyyəyə çatıb – 323,2 milyon dollar. Bu gün satılan valyuta isə 10 mart tarixindən sonra qeydə alının ən aşağı səviyyə olub.
10 mart – 323,2 milyon dollar
11 mart – 155 milyon dollar
12 mart – 220,8 milyon dollar
13 mart – 265,2 milyon dollar
17 mart – 250,3 milyon dollar
19 mart – 243,7 milyon dollar
29 mart – 106,5 milyon dollar
31 mart – 95,6 milyon dollar
2 aprel – 74,6 milyon dollar
7 aprel – 67,2 milyon dollar
9 aprel – 55 milyon dollar