İqtisadiyyat
«İki sığorta şirkətinə vaxt verilib» - Elman Rüstəmov
Azərbaycanda bir neçə bankın bağlanmasından sonra, onlarla bağlı sığorta şirkətlərini də vəziyyəti araşdırılıb.
FED.az xəbər verir ki, bu barədə Elman Rüstəmov bildirib
Onun sözlərinə görə, «Atabank»ın sığorta şirkəti (Atasığorta) tam sağlam vəziyyətdədir. «Amrahsığorta»da müəyyən çatışmamazlıq var. Amma bu qanun icazə verdiyi səviyyədədir. «NBS bank»ın sığorta şirkətində isə əhəmiyyətli kapital çatışmazlığı var. Hər iki sığorta şirkətlərinə qısa vaxt verilib ki, bir iki ay ərzində kapitallarını tam bərpa etsinlər. Onların indiki kapitalı onların fəaliyyətləri üçün yetərlidir. Amma tam şəkildə tələb olunan kapitala çatması üçün onlar qarşısında ciddi tələblər qoyulub və onlar icra etməlidirlər. Əkss halda onlara qarşı addmlar atacağıq».
Daha çox xəbər: