İqtisadiyyat
Vətəndaşa ikinci ay 190 manat verilməyib - ŞİKAYƏTƏ CAVAB
Bir qism Gədəbəy rayon sakinlərinə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə bağlı verilən 190 manatlıq müavinat ancaq bir ay üçün ödənilib, bunu, Gədəbəy rayon sakini Elvin Məmmədov Anews.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunda bildirib.
"İşsiz və işini koronavirusla mübarizə tədbirləri nəticəsində itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manatlıq birdəfəlik yardımı ilk ay üçün özüm və həyat yoldaşım aldıq. İkinci ay isə vermədilər", deyə şikayətçi söyləyib.
Onun sözlərinə görə, ilk ay üçün 190 manatı alsa da ikinci ay bu yardımdan kənarda qalıb. "Koronovirus bağlı ölkədə karantin elan edildikdən sonra, ölkə rəhbəriliyinin göstərişi ilə işsiz şəxslərə aylıq 190 manat verilməsi qərarı qəbul olundu. Mən də işsiz və aztəmiantlı ailə üzvü olduğuma görə, 190 manat üçün özümü və həyat yoldaşımı e-sosial.az saytından qeydiyyatdan keçirdim. Mobil nömrəyə daxil olmuş SMS əsasında hər ikimiz ilk ay üçün 190 manatı poçtdan aldıq. İkinci ay 190 manatın kart vasitəsilə ödənəcəyi bildirilsə də, bizə kart verilmədi. Bununla bağlı Gədəbəy rayon Məşğulluq Mərkəzinə yaxınlaşdım. Mərkəzin Vüsal adlı əməkdaşı bildirdi ki, ilk ay özüm və həyt yoldaşım 190 manat aldığımıza görə, ikinci ay heç birimizə 190 manat düşmür", deyə Məmmədov vurğuladı.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov ilə əlaqə saxladıq.
F.Talıbov bildirdi ki, Nazirlər Kabinetinin qaydalarına görə, Koronovirus pandemiyasına görə verilən 190 manatı yardımı ailədə ər və arvaddan biri almalıdır. Aprel ayı üçün həmin şəxslərin müraciət tarixləri eyni olduğuna və hər ikisi (ər və arvad) aprel ayının ödənişini aldığına görə, onlara may ayı üçün 190 manatın verilməsi blok edilib və bu təmamilə qanunauyğundur.
Daha çox xəbər:
I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA
Ünvanlı sosial yardım alan ailələrə sevindirici xəbər
190 manatı ala bilməyənlər bunu etməlidir - RƏSMİ
Müharibə veteranlarına ŞAD XƏBƏR - Mayın 5-ə qədər...
VÖEN-i olub, 190 manat almaq istəyən vətəndaşların nəzərinə - Nazir müavini əsas şərtləri açıqladı