Mədəniyyət
Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb
Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun müalicəsini öz üzərinə götürüb.
dahilider.az "Report"a istinadən xəbər verir ki, R.Dadaşov "Bona Dea International Hospitalı"na yerləşdirilib və hazırda müalicəsi orada davam etdirilir.
Xalq artisti sosial şəbəkədə açıqlama yayaraq artıq səhhətində müsbət dəyişikliklərin olduğunu bildirib. O, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib:
"Artıq səhhətimdə dəyişikliklər hiss edirəm. Hətta deyərdim ki, radikal dəyişikliklər olub. Bugünkü gündə mənə qayğı göstərən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya çox böyük təşəkkürümü bildirirəm. Çünki məni diqqətsiz qoymadılar. Lazım olan halda, lazımi tapşırıqlar verdilər. Çox sağ olsunlar, minnətdaram".
Daha çox xəbər:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya gediblər
Prezident İlham Əliyev 21 yaşlı gənci sevindirdi - Təşəkkür VİDEOSU
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər
Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində - FOTO