Mədəniyyət
15:00, 22 Nisan 2020

"Nahidə Orucova mənim ailəmi dağıtdı.." - Sensasion açıqlama

"Nahidə Orucova mənim ailəmi dağıtdı.." - Sensasion açıqlama
Ötən gün Space Tv-də Amil Xəlilin efirində maraqlı anlar yaşanıb. Qardaşının ölümündən danışan əməkdar artist Nahidə Orucova göz yaşlarını saxlaya bilməyib. «Mənim qardaşım Samiri Fuad adlı ailəvi dostumuz öldürdü» deyən Orucova hadisə gününü danışıb.
Unikal.org xəbər verir ki, daha sonra efirə qoşulan Fuadın həyat yoldaşı Şəlalə xanım sensasion açıqlamalar verib. Hətta bu açıqlamalar Nahidə Orucovanıda gözlənilməz duruma salıb.

«Samir xəstə idi. Ürək getməsi var idi. Həmin gecə Samirlə Fuad bir yerdə olublar. Çox yaxın dost idilər. Nahidə və bacısı qardaşına çox əziyyət edib. Samir tez-tez bizə gələndə Nahidənin ona etdiklərindən danışırdı. İndi qardaşı üçün guya göz yaşı tökür. Samir həmişə onlardan narazı olub. Samiri Fuad öldürməyib. Bunu Nahidədə gözəl bilirdi. O vaxt Nahidənin ayaqlarına düşüb yalvardım ki, uşağımı yetim qoyma. Bilirsən ki, onu Fuad öldürməyib. Mənə qayıtdı ki, nə daxli sonuncu dəfə Fuadla görüşüb. Nə etdi nə etmədi, Fuadı tutdurdu. Bir ailəni məhv etdi. Hamı bilirdi ki, Samiri Fuad öldürməmişdi.»

Bu açıqlamadan sonra Nahidə Orucovada maraqlı çıxış edib. «O vaxt belə sözləri Fuad demişdi mənə. Açıq danışacam. Mən də dedim Fuad kim öldürüb de mənə. O yenə də Samiri öldürmədiyini deyirdi. Mənə sadəcə bir fakt bəlli idi ki, Fuadla Samir həmin gecə bir yerdə olublar. Fuad həmin gecə niyə Şamaxıya qaçmışdı?»

Digər xəbərlər: