Səhiyyə
10:06, 08 May 2020

Səhiyyə sahəsində şərəflə addımlayan həkim- nevroloq Zərifə Cəlilova(Əhmədova)

Səhiyyə sahəsində şərəflə addımlayan həkim- nevroloq Zərifə Cəlilova(Əhmədova)
Respublikamizin həkim-nevroloqu əhali arasında kifayət qədər hörmətlə tanınan Zərifə Yaşar qızı Cəlilova (Əhmədova) haqqındadır açıqlamamız. Artıq 13 ildir ki, bu yolda şərəflə addımlayan Zərifə həkim ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Zərifə həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimin təyin etdiyi dəqiq diaqnozdan razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə insanların həyatına, ömrünə nur, şəfa bəxş etmişdir. Hələ uşaqlıq illərindən arzusu həkim olmaq idi, arzusu Zərifə Cəlilovanın. (Əhmədova)
Dr. Cəlilova hörmətli bir ailədə dünyaya gəlmişdir. Orta məktəbdə oxuduğu illərdə öz bilik və bacarığı, fəallığı ilə seçilən , ailəsinə layiq olmaq, ali təhsil almaq, özünəməxsus yer tutmaq, insanlara, xalqa gərək olmaq kimi ali hisslərlə yaşayan Zərifə orta təhsilini başa vurduqdan sonra sənədlərini Azərbaycan Tibb Universitetinə verərək daxil olmuşdur. O, tələbəlik illərində çalışqan və elmi – biliklərə dərindən yiyələnən tələbə olmaqla yanaşı Tibb Universitetinin ictimai işlərində fəallıq göstərmişdir. Zərifə Yaşar qızı Cəlilova(Əhmədova) ATU-ni bitirdikdən sonra 01.08.2007- 01.07.2008 tarixində Bakı şəhər Kliniki Tibbi Mərkəzində tanınmış nevroloq Professor Şərif Mahalovun rəhbərlik etdiyi nevrologiya kafedrasında internatura keçmiş və həkim – nevropatoloq ixtisası almışdır.
2017 –ci ildə Türkiyənin Acıbadem Universitesi Atakent xəstəxanasında tanınmış nevrroloq Prof.Dr. Murat Aksunun rəhbərlik etdiyi nevroloji klinikada 4 aylıq təcrübə kursu keçmişdir.Bundan başqa Almaniyada bir neçə nevrologiya ilə bağlı mühüm seminarlarda iştirak edib.
Doktor Zərifə Yaşar qızı Cəlilova (Əhmədova) bir neçə elmi məqalənin müəllifidir. Son 12 il müddətində N.Tusi adına Klinikada fəaliyyət göstərib.Hal hazırda Medera Hospitalda həkim nevroloq olaraq fəaliyyət göstərir.
Zərifə Əhmədovanın fikrincə həkim öz ixtisasını dərindən bilməklə yanaşı, əsl ziyalı olmalıdır. Təsadüfi deyil ki, Hippokrat həkimlikdə ən vacib 3 keyfiyyətdən birinin söz olduğunu göstərmişdir. Həkim gözəl nitq qabiliyyətinə malikdirsə, hələ xəstə ilə ilk ünsiyyətində onda ümid, inam yaratmaqla müalicəyə başlamış olur. Həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə bir qayda olaraq müsbət təsir göstərir. Ailəsindən, qohum və tanışlarından, dostlarından ayrı düşmək xəstələri kövrəldir. Fikrən həssas olan insan, xəstələndikdə daha da həssas olur. Yerində işlədilməyən sözə, hərəkətə qarşı ciddi reaksiya verir. Belə hallarda həkimin qayğısı,səmimiyyəti ən təsirli müalicə vasitəsidir.
Müqəddəs peşəsi, bilik və bacarığı və təyin etdiyi dəqiq diaqnozları ilə neçə-neçə taleyüklü insanların həyat eşqini özünə qaytaran, hər bir xəstənin ürəyində bir ümid çırağı yandıran Zərifə həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir. Bütün nevroloji xəstəliklərin ,eləcə də epilepsiyalı xəstələri müayinə və müalicəsi üzrə peşəkar həkimlərdən sayılır.
Sözsüz ki, hansı sahədə çalışmasından asılı olmayaraq, əsas məqsəd işini sevərək yerinə yetirmək və gördüyün işlə insanlara, cəmiyyətə faydalı, gərəkli olmaqdır. Zərifə Cəlilovanın timsalında isə sənətini dərindən bilən, həkim adını öz əməlləri ilə layiqincə doğrultmağı bacaran, işini vicdanla yerinə yetirən bütün həkimlərimiz bu cəmiyyətin ən gərəkli, ən çox ehtiyac duyulan və ehtirama layiq şəxsləridir. Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən Zərifə həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək.
Nevroloji xəstəliklərin dünyada , o cümlədən respublikamızda artan faiz üzrə irəliləməsini nəzərə alsaq onun üzərinə düşən vəzifənin nə qədər çətin və önəmli olduğunu vurğulamaq yerinə düşərdi.
Əziz və hörmətli həkim-nevroloq Dr. Zərifə Cəlilova. Sizin elmi biliklərinizin, təcrübənizin bar bəhəri təyin etdiyiniz dəqiq diaqnozlardır. Fəaliyyətiniz boyunca çəkdiyiniz zəhmətlər və yaratdığınız gözəlliklər nuri- ziya olub yollarınıza çilənsin. Bütün işlərinizdə uğurlar, ailənizlə, əzizlərinizlə bərabər sizə sizə uzun ömür və xoşbəxt həyat arzulayırıq. Bir daha Zərifə həkimə uğurlar diləyir, işinin, halal zəhmətinin layiqincə bəhrəsini görməyini arzu edirəm.
Digər xəbərlər: