Səhiyyə
14:42, 29 May 2020

Ölümcül beyin şişini müalicə edəcək dərman hazırlandı

Ölümcül beyin şişini müalicə edəcək dərman hazırlandı
Kanadalı alimlər ölümcül beyin şişi - glioblastomaya kömək edəcək dərman hazırlayıblar.

“Cell Stem Cell” xəbər verir ki, dərman CAR T-hüceyrə terapiyasına əsaslanır.

Bildirilir ki, demək olar, bütün hallarda aqressiv müalicədən sonra glioblastoma təhlükəli olduğundan yeddi ay ərzində daha aqressiv formada təkrarlanır.

T-hüceyrə müalicəsində bədxassəli hüceyrələri tanıyan və məhv edən xüsusi bir antigenik reseptor istifadə olunur. Bu, xüsusi antigenlərə seçici şəkildə bağlanan antikor hissələri olan bir proteindir.

Bundan əlavə, xəstənin T hüceyrələri onları müəyyən bir şəkildə dəyişdirən müalicəyə cəlb olunur.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, hüceyrə terapiyası xəstənin sağ qalma ehtimalını artırır və şiş yükünü azaldır.
Digər xəbərlər: