Siyasət
Vilayət Eyvazovdan əmr - Polis rəisi ilə bağlı qərar verildi
Daxili işlər orqanlarında yeni təyinat olub.
dahilider.az APA-ya istinadən məlumat verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.
Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.