Siyasət
Sabiq nazirin deputatlığa namizəd oğlu 100 manatdan pul paylayıb
"46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlu seçicilərə pul paylayır”.
Demokrat.az-ın xəbərinə görə, R.Camalov sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.
Jurnalist iddia edib ki, Şirvan şəhər məktəblərinin bir qrup müəllimini və məntəqə komissiyası üzvlərini "Yeganə" şadlıq sarayına toplayıblar və 100 manat "şirinlik” paylayıblar: "Bu işi də Şirvan Şəhət İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev təşkil edib. Samid Abıyev Rəşad Camalovun əmisi, Şirvan şəhər İcra hakimiyyətinin keçmiş başçısı, hazırda Zərdab İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun övladlarının kirvəsidir. Vaxtilə Mərdan Camalovun köməkçisi olub, sadiqliyini qoruyub saxlayıb. İndidən Şirvanda belə rəy yaradıb ki, Rəşad Camalovun xeyir-duası verilib, "seçilib". Məncə, Rəşad Camalovun başqa ölkə vətəndaşlığı da olmalıydı...”
Rəşad Camalov məsələyə hələlik münasibət bildirməyib. Onun mövqeyini işıqlandırmağa hazırıq.
Daha çox xəbər: