Siyasət
21:25, 07 Ocak 2020

Azərbaycan XİN Avstraliyaya başsağlığı verib

Azərbaycan XİN Avstraliyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstraliyaya başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

"Avstraliyada yanğınlarda həyatlarını itirən şəxslərin ailələrinə başsağlığı veririk. Avstraliya xalqına, cəsur yanğınsöndürənlərə və ölkə tarixində ən güclü yanğınlara qarşı mübarizə aparan könüllülərə güclü dəstəyimizi ifadə edir və onlarla həmrəy olduğumuzu bildiririk”, - deyə qeyd olunub.

Xatırladaq ki, 2019-cu ilin fevralından etibarən yanğınlarda 24 nəfər ölüb, onlardan 3 nəfəri yanğınsöndürəndir. Bundan başqa, 6 nəfər itkin düşüb. Meşə yanğınları Avstraliyanın şərqində - Yeni Cənubi Uels və Viktoriya ştatlarında geniş əraziləri əhatə edib. İndiyədək 6,5 milyon hektar meşə ərazisi və 2000-dən çox ev yanıb.
Digər xəbərlər: