Siyasət
15:47, 26 Şubat 2020

“28 ildir ki, fevralın 25-dən 26-na keçən gecə yuxum ərşə çəkilir” - Mübariz Mənsimov

“28 ildir ki, fevralın 25-dən 26-na keçən gecə yuxum ərşə çəkilir” - Mübariz Mənsimov
"Düz 28 ildir ki, fevralın 25-dən 26-na keçən gecə yuxum ərşə çəkilir. O səsləri eşitməmişəm, ancaq hər bir bacının, hər bir ananın, hər bir məsum uşağın, günahsız qoca və qarının hayqırtısı beynimi zəbt edir. Onlar məni Xocalıya çağırır”.

Pravda.az-ın xəbərinə görə, bunu "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.

"Mən bilirəm ki, bu gecə Xocalıda Onların ruhları dolaşır. Günahsız güllələnmiş ana-bacılarımızın, qız-gəlinlərimizin, qardaş və oğullarımızın, ata-babalarımızın ruhları... Sizin qisasınızı almaq, mən də daxil olmaqla, hər bir Azərbaycan türkünün müqəddəs borcudur. Sizin qanınız yerdə qalmayacaq! Allah Xocalı Şəhidlərinə rəhmət eləsin. Allah millətimə heç səbr verməsin” – M.Mənsimov qeyd edib.
Digər xəbərlər: