Siyasət
21:02, 08 Mart 2020
65
0

Qazaxda döyüş məntəqələrimiz atəşə tutulub - DSX

Qazaxda döyüş məntəqələrimiz atəşə tutulub - DSX
Bu gün saat 14:00 radələrindən başlamaqla Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax ra­yo­nunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­qeləri cavab atəşi ilə susdurulub.
Digər xəbərlər: