Siyasət
18:20, 11 Nisan 2020

Eks-nazirdən AMEA-nın özəlləşdirilməsinə reaksiya: “Onsuz da Akademiya...”

Eks-nazirdən AMEA-nın özəlləşdirilməsinə reaksiya: “Onsuz da Akademiya...”
"Akademiyanın özəlləşdirilməsi onun dağılması deməkdir".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Təhsil naziri Firudin Cəlilov Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin "ali təhsil müəssisələrinin əksəriyyəti və Azərbaycan Milli Elmlər Akademiyası özəlləşdirilməlidir" təklifini şərh edərkən deyib.

Keçmiş nazirin fikrincə, Elmlər Akademiyasının özəlləşdirilməsi mümkün deyil:

"Birincisi, Elmlər Akademiyasının özəlləşdirilməsi mümkün deyil. İkincisi, bu həm xalq, həm də dövlət üçün ziyanlı işdir. Elmlər Akademiyası hardan gəlir əldə edəcək? Akademiyanın özəlləşdirilməsi onun dağılması deməkdir. Özəl universitetlər var. Özəl universitetlərlə bağlı məsələni qanuna 1992-ci ildə mən salmışam. Amma onların da bir həddi olmalıdır. 3-5 özəl universitet bəsdir, göbələk kimi artan universitetlər dövlətə xeyir gətirməz".

Firudin Cəlilov deyir ki, hələ 20 il bundan öncə belə bir təklif səsləndirib:

"O vaxt bildirmişdim ki, Akademiya ilə universitetər arasında intervasiya qurmaq lazımdır. Bunların bir yerdə əlaqəsi olmalıdır. Amma bu o demək deyil ki, Akademiya özəl universitetə çevrilsin. Onsuz da Akademiya yetimxanadır".

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev ali təhsil müəssisələrinin əksəriyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının özəlləşdirilməsi ilə bağlı təklif səsləndirib.
Digər xəbərlər: