Siyasət
Milli Məclisdə yer üstündə dava düşdü
Milli Məclisin 17-də keçirilən plenar iclasında insident baş verib.
dahilider.az-un xəbərinə görə, koronavirusla bağlı bir metrlik məsafənin saxlanmasına görə, millət vəkillərinin yarısının yeri dəyişilib.
İclas başlamazdan əvvəl kimin harada əyləşəcəyi həmin masanın üzərində yazılıb.
Bu bölgü aparıldıqda bəzi deputatlara məcburən yuxarıda- qonaqlar üçün nəzərdə tutulan hissədə yer verilib.
Qonaq masasında əyləşdirilən deputatlar isə bundan narazı qalıblar. Həttə bunu ayrı-seçkilik, aşağılanmaq kimi qəbul edənlər də olub: "Niyə məhz məni bura qaldırıbsız?”
Narazılardan biri- gənc deputat Ramil Həsən isə etirazını orada deyil, iclasdan sonra sosial şəbəkələrdə bildirib. O özünün feysbuk hesbında status yazaraq, sədrin bölgüsünü tənqid edib.
Bundan sonra Ramil Həsən Milli Məclisə çağırılıb və sədr Sahibə Qafarova tərəfindən daxili qaydalara etirazını ictimailəşdirdiyi üçün rəsmən xəbərdarlıq edilib.
Bildirilib ki, nizamnaməyə görə, deputatın sədrin verdiyi qərara etirazı varsa, birinci rəhbərliyə müraciət olunmalıdır.Bakupost
Daha çox xəbər:
Bu şəxslərin MAAŞI ARTDI - AZƏRBAYCANDA
Sahibə Qafarova parlamentdəki islahatlardan danışdı
Parlamentin iclasında daha bir komissiyaya sədr seçiləcək
Koronavirusa görə tibb işçiləri ölərsə, onlara şəhid statusu veriləcək? - Milli Məclisdə təklif
Namizədliyi irəli sürülməyən deputatlar Milli Məclislə sağollaşdı