Siyasət
"Hər şey yaxşı olacaq" - Həbs olunan icra başçısı
İmişli Rayon İcra Hakimiyyətin başçısı Vilyam Hacıyev məhkəmədən çıxan zaman ailəsinə mesaj göndərib.
dahilider.az Bakupost.az -a istinadən xəbər verir ki, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Sabiq başçı avtomobilə mindirilən zaman üzünü ailə üzvlərinə tutaraq deyib:
"Hər şey yaxşı olacaq, bu günlər də keçəcək. Möhkəm olun".
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail rayon Məhkəməsi V.Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Daha çox xəbər:
İmişli icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev - FOTOLAR
Bu gün işdən çıxarılan icra başçısının arvadı erməni imiş... - İLGİNC
Prezidentdən həbs olunan icra başçısı ilə bağlı QƏRAR/FOTO
Bakıda üzərində silah və narkotik gəzdirən şəxs həbs olunub
Nərminin qətlində təqsirləndirilən şəxs barədə QƏRAR VERİLDİ