Siyasət
Nazirin başı qarətə qarışanda... - Nəticəsi belə olur...
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində bir vaxtlar öz əzəməti ilə seçilən və tarixi binada yerləşən Mədəniyyət Evinin hazırkı durumu sakinləri ciddi narahat edir.
“80-90-cı illərə qədər bu Mədəniyyət Evində tamaşalar göstərilib, filmlər nümayiş olunub, dərnəklər fəaliyyət göstərib. Ancaq illərlə baxımsızlıq nəticəsində bu vəziyyətə düşüb”, - sakinlər qeyd edib.
Onların sözlərinə görə, Mədəniyyət Evi hazırda şəhid Zaur Qurbanovun adını daşıyır.
“Böyük bir qəsəbədə yerləşən nadir və tarixi Mədəniyyət Evinin təmir edilib, yenidən sakinlərin ixtiyarına verilməsi həm də şəhidimizin adına hörmət olar”, - sakinlər bildiriblər.
Qeyd edək ki, DTX-nin keçirdiyi əməliyyat nəticəsində Mədəniyyət Nazirliyinin yüksək vəzifəli məmurları korrupsiya və rüşvətə görə həbs edilib. Nazirliyin uzun illərdir dövlət vəsaitlərini təyinatı üzrə xərcləmədiyi də üzə çıxıb.
Hazırda istintaq davam edir.
GundemXeber.Az
Daha çox xəbər:
Nazir müavini və xidmət rəisinin ələ keçirdiyi pulların görüntüləri yayıldı - FOTO
DTX Mədəniyyət Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı - RƏSMİ
DTX Mədəniyyət nazirinin müavinini saxladı
Bakının məşhur kinoteatrı sökülür - Yerində ticarət mərkəzi tikilir
Məşhur mədəniyyət xadimlərinə Prezident təqaüdü verildi - SİYAHI